Rusiya Kiyev vilayətində logistika mərkəzini vurduğunu açıqlayıb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətində yerləşən və raket yanacağı komponentlərinin saxlanıldığı bildirilən logistika mərkəzinə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, noyabrın 27-nə keçən gecə Belaya Tserkov şəhərində yerləşən logistika mərkəzi hədəfə alınıb.
Rusiya tərəfi sözügedən obyektdə bərk raket yanacağının istehsalı üçün nəzərdə tutulan komponentlərin saxlanıldığını bildirib.
Hücumun nəticələri, dağıntıların miqyası və mümkün itkilərlə bağlı məlumat verilməyib.
13:15 27.11.2026
Oxunuş sayı: 46