Azərbaycan Basketbol Liqası: "Naxçıvan" "Sumqayıt"ı məğlub edib
Azərbaycan Basketbol Liqasında II tura start verilib.
Crossmedia.az xəbər verir ki, günün yeganə oyununda "Sumqayıt" "Naxçıvan"ı qəbul edib.
Sumqayıt Olimpiya İdman Kompleksindəki qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 87:76.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. Turun "Sabah" - "Gəncə" görüşü təxirə salınıb.
21:20 09.10.2026
Oxunuş sayı: 61