Yük avtomobili 70 yaşlı kişini vuraraq öldürüb
Cəlilabadda yük avtomobili 70 yaşlı kişini vuraraq öldürüb.
Crossmedia.az xəbər verir ki, noyabrın 21-də Kərimov Pərviz Saleh oğlu idarə etdiyi "Ford Transit Tourneo" yük markalı avtomobil ilə hərəkətdə olduğu zaman piyada, 1956-cı il təvəllüdlü Əmənov Nadir Xanhüseyn oğlunu vurub. Xəstəxanaya yerləşdirilən piyada ötən gün ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.(Report)
09:42 24.11.2026
Oxunuş sayı: 43