Rusiya hər 5 saatdan bir ballistik raket istehsal edir
Rusiya hər beş saatdan bir ballistik raket istehsal edir və istehsal tempini daha da artırmağa çalışır.
Crossmedia.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Yevhenii Xmaraya bu barədə açıqlamasında deyib.
Nazir noyabrın 23-də Berlində keçirilən NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı bildirib ki, Rusiya ballistik və qanadlı raketlərlə Ukraynaya hücumlarını intensivləşdirir.
Onun sözlərinə görə, təkcə 2026-cı ilin oktyabrında Rusiya Ukraynaya 153 ballistik raket atıb.
“Düşmən hər beş saatdan bir ballistik raket istehsal edir və bu tempi artırmaqda davam edir”, – deyə Xmara vurğulayıb.
Nazir bildirib ki, Rusiya pilotsuz uçuş aparatlarından istifadəni də əhəmiyyətli dərəcədə artırıb.
Belə ki, ilin əvvəlində Rusiya ayda 300-dən az reaktiv mühərrikli drondan istifadə edirdisə, oktyabrda bu göstərici 4 mini ötüb.
Xmara qeyd edib ki, Ukrayna Rusiya raketlərinin qarşısını almaqla yanaşı, onların buraxılış qurğularını da sıradan çıxarmağa çalışır.
Onun sözlərinə görə, son aylarda Ukrayna qüvvələri “İsgəndər” və S-400 sistemlərinə aid 16 buraxılış qurğusunu vurub.
10:01 24.11.2026
Oxunuş sayı: 27