Pakistanın ilk astronavtı Çinin kosmik stansiyasına səfər edəcək
Pakistanın ilk astronavtı Məhəmməd Zeşan Əli Çinin “Şençjou-24” kosmik missiyasına faydalı yük üzrə mütəxəssis qismində qatılacaq. Bununla da o, Çinin “Tiangong” kosmik stansiyasını ziyarət edən ilk xarici astronavt olacaq.
Crossmedia.az xəbər verir ki, Missiya çərçivəsində pilotlu kosmik uçuşlar, elmi tədqiqatlar və astronavt hazırlığı sahələrində dəyərli təcrübə əldə edilməsi nəzərdə tutulur.
Missiyanın emblemi üzərində Pakistanın milli çiçəyi olan yasəmən təsvir olunub.
11:06 24.11.2026
Oxunuş sayı: 43