Niderlandda Beynəlxalq Cinayət Məhkəməsinin ölkədən çıxarılması təklif olunur
Niderland parlamentinin aşağı palatası oktyabrın 13-də ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması və məhkəmənin ölkə ərazisindən çıxarılması ilə bağlı məsələni səsverməyə çıxaracaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Niderlandın Azadlıq Partiyasının (PVV) sədri Gert Vilders “X” sosial şəbəkəsində paylaşım edib.
Vilders paylaşımında Niderlandın BCM-dən çıxmasını və məhkəmənin ölkədən uzaqlaşdırılmasını tələb edib.
Məsələnin səsverməyə çıxarılmasını nəzərdə tutan parlament qətnaməsinin müəlliflərinin fikrincə, məhkəmənin Niderlandda fəaliyyət göstərməsi ölkənin maraqlarına uyğun deyil. Onlar BCM-nin fəaliyyətinin dünyada “ciddi və arzuolunmaz” gərginliyə səbəb olduğunu iddia edirlər.
Qeyd edək ki, bundan əvvəl ABŞ- də Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edib. ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun məhkəmə ilə bütün əməliyyatları qadağan edəcəyini, onun resurslarını məhdudlaşdıracağını və fəaliyyət imkanlarını zəiflədəcəyini bildirib.
20:06 09.10.2026
Oxunuş sayı: 52