Rusiya və Qazaxıstan məhkəmələrin rəqəmsallaşdırılmasını müzakirə ediblər
Rusiya və Qazaxıstanın ali məhkəmə sədrləri hüquqi əməkdaşlığın genişləndirilməsi və məhkəmə sistemlərinin rəqəmsallaşdırılması məsələlərini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, Rusiyanın Ali Məhkəməsinin sədri İqor Krasnovla Qazaxıstan Ali Məhkəməsinin rəhbəri arasında görüş Minskdə keçirilən beynəlxalq forum çərçivəsində baş tutub.
Krasnov bildirib ki, ali məhkəmələr arasında müntəzəm əlaqələr qarşılıqlı maraqlara xidmət edir, təcrübə mübadiləsinə və qanunların tətbiqinə yanaşmaların yaxınlaşdırılmasına kömək edir.
O, Rusiya və Qazaxıstan məhkəmə sistemlərinin rəqəmsallaşma sahəsində oxşar yanaşmalara malik olduğunu vurğulayıb. Krasnovun sözlərinə görə, bu oxşarlıq vahid Avrasiya hüquq məkanının yaradılmasına töhfə verə bilər.
Qeyd edək ki, İqor Krasnov daha əvvəl Belarusun sədrliyi ilə ilk dəfə keçirilən MDB ölkələrinin Ali Məhkəmə sədrləri Şurasının iclasında iştirak edib.
19:52 09.10.2026
Oxunuş sayı: 54