Hörmüz boğazında daha bir tanker partladılıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında daha bir tankerin partladıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
SEPAH Hörmüz boğazında, Hengam adası yaxınlığında daha bir tankerin partladıldığını bildirib.
Qurumdan qeyd olunub ki, son günlər Tehran tərəfindən tanınmayan marşrutla hərəkət etməyə cəhd göstərən gəmilərin sayı xeyli azalıb.
20:15 27.11.2026
Oxunuş sayı: 87