Rusiya ordusu Ukraynada üç lokomotivi vurub
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətində hərbi daşımalar üçün istifadə olunan üç dəmir yolu lokomotivini vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnikasının daşınmasında istifadə edilən üç lokomotiv hədəfə alınıb.
Məlumata görə, lokomotivlər Pişotravensk, Kamenskoye və Morozovsk yaşayış məntəqələri yaxınlığında vurulub.
Qeyd edək ki, noyabrın 23-də də Rusiya Müdafiə Nazirliyi Dnepropetrovsk vilayətində, Dneprodzerjinsk dəmir yolu stansiyası yaxınlığında iki lokomotivə zərbə endirildiyini açıqlamışdı.
Xatırladaq ki, TASS agentliyinin Ukrayna Nazirlər Kabinetinin məlumatlarına istinadən yaydığı xəbərə görə, 2025-ci ilin yanvarından 2026-cı ilin sentyabrınadək Ukrayna lokomotiv parkının təxminən 14 faizini itirib.
19:56 27.11.2026
Oxunuş sayı: 36