Estoniya Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
"Estoniyanın səfirliyinin açılışından sonra ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı çox səmərəli müzakirələr apardıq".
Crossmedia.az xəbər verir ki, bunu bu gün Bakıda səfərdə Estoniya xarici işlər naziri Maqnus Tsakna həmkarı Ceyhun Bayramovla görüşün yekunları barədə "X"də yazıb.
"Estoniya və Azərbaycan biznes, rəqəmsal innovasiyalar və təhsil sahələrində artıq möhkəm əlaqələrə malikdir. Estoniyanın regionda mövcudluğunun genişlənməsi fonunda qarşıdakı illərdə bu tərəfdaşlığı daha da inkişaf etdirməyi hədəfləyirik.
Həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığını, enerji təhlükəsizliyini, Ermənistan-Azərbaycan sülh prosesindəki son hadisələri, eləcə də Rusiyanın Ukraynaya qarşı davam edən amansız təcavüzünü və Avropa boyunca həyata keçirdiyi təxribat kampaniyasını müzakirə etdik",-o bildirib.
Nazir əlavə edib ki, ədalətli və davamlı sülhün qarşısındakı yeganə maneə Rusiyanın imperiya ambisiyalarıdır: "Moskva öz siyasətini dəyişənədək ona qarşı təzyiqlər azaldılmamalıdır".
Thank you @Bayramov_Jeyhun for the warm welcome in Baku. Following the opening of Estonia’s Embassy, we had an excellent discussion on advancing our bilateral cooperation. Estonia and Azerbaijan already share strong ties in business, digital innovation and education. With Estonia’s presence in the region growing, we look forward to expanding these partnerships even further in the years ahead. We also discussed Azerbaijan-EU cooperation, energy security, developments in the Armenia-Azerbaijan peace process, as well as Russia’s continued relentless aggression against Ukraine and its sabotage campaign across Europe. The only obstacle to a just and lasting peace is Russia’s imperial ambition. Until Moscow changes course, pressure must not ease.
— Margus Tsahkna (@Tsahkna) November 27, 2026
18:50 27.11.2026
Oxunuş sayı: 45