UEFA “Beşiktaş”ın qalmaqallı oyunu ilə bağlı araşdırmaya başlayıb
UEFA Avropa Liqasının V turunda keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşmasında baş verən insidentlərlə bağlı intizam araşdırmasına başlayıb.
Crossmedia.az xəbər verir ki, UEFA bu barədə rəsmi məlumat yayıb.
Bildirilib ki, noyabrın 26-da keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” və “Marsel” – “Levski Sofiya” qarşılaşmalarında azarkeşlər arasında baş verən toqquşmalar və zorakılıq halları qətiyyətlə pislənilir.
Qurum zorakılığın, aqressiyanın, nifrətin, təxribatçı və ayrı-seçkilik xarakterli davranışların futbolda yeri olmadığını vurğulayıb.
Hadisələrin bütün təfərrüatlarını müəyyənləşdirmək və mövcud sübutları araşdırmaq üçün UEFA-nın Etika və İntizam Müfəttişləri təyin edilib.
Araşdırmanın nəticələri barədə əlavə məlumatın daha sonra açıqlanacağı bildirilib.
Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşması tribunalarda yaşanan insidentlər səbəbindən təxminən 30 dəqiqə dayandırılıb.
18:09 27.11.2026
Oxunuş sayı: 33