Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb
Azərbaycanda vəhşi heyvanların tarixi areallarına qaytarılması və populyasiyalarının bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti reintroduksiya tədbiri həyata keçirilib.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev məlumat verib.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş fauna növlərinin bərpası və reintroduksiyası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.
O qeyd edib ki, bu günədək işğaldan azad edilmiş ərazilərə 50 baş ceyran buraxılıb.
16:44 27.11.2026
Oxunuş sayı: 36