Azərbaycanda itkin düşən 9 nəfər tapılıb
Azərbaycanda itkin düşmüş kimi axtarışda olan 9 nəfərin yeri müəyyən edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, polis tərəfindən noyabrın 26-da keçirilən tədbirlər nəticəsində həmin şəxslər tapılıb.
Bildirilib ki, onların hamısı ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışa verilmişdi.
Tapılan 9 nəfər aidiyyəti üzrə təhvil verilib.
16:10 27.11.2026
Oxunuş sayı: 39