Makron Avropa liderlərinə ultimatum verib
Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) uzunmüddətli büdcəsinin ölkəsində keçiriləcək prezident seçkilərindən əvvəl razılaşdırılması tələbi ilə digər Avropa liderləri arasında narazılığa səbəb olub.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Makron Aİ-nin 2028–2034-cü illər üzrə büdcəsinin 2026-cı ilin sonunadək razılaşdırılmasını tələb edir. Fransa lideri 2027-ci ildə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca büdcə danışıqlarını davam etdirməyin çətin olacağını bildirib.
Bu mövqe bəzi Avropa diplomatlarının narazılığına səbəb olub. Onlardan biri Makronu istehza ilə “Şantajçı müsyö” adlandırıb.
“Buraya gəlib öz ölkənizdəki seçkilərə görə danışıqları girov götürmək əladır”, – deyə adı açıqlanmayan diplomat bildirib.
Fransada 2027-ci ilin aprelində prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur. Makronun büdcə ilə bağlı mövqeyi həmin seçkilər ərəfəsində Aİ daxilində fikir ayrılıqlarını artırıb.
14:07 27.11.2026
Oxunuş sayı: 43