Məhkuma gətirilən sovqatdan narkotik çıxıb
Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik vasitə və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Crossmedia.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatı tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma tanışı tərəfindən gətirilən sovqata baxış keçirilib.
Yoxlama zamanı 6 bükümdə ümumi çəkisi 5,874 qram heroin və 2,408 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Penitensiar xidmət bir daha xatırladıb ki, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş əşya və maddələrin ötürülməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
13:53 27.11.2026
Oxunuş sayı: 37