AFP-yə kiberhücum – Platformanın fəaliyyəti dayandırıldı
Fransanın beynəlxalq xəbər agentliyi “Agence France-Presse” (AFP) kiberhücumdan sonra məzmun platformasının fəaliyyətini müvəqqəti dayandırıb.
Crossmedia.az xəbər verir ki, AFP bu barədə məlumat yayıb.
Agentlik sistemlərinə edilən müdaxilənin arxasında kimin dayandığını müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.
Platformanın fəaliyyəti dayandırıldığı müddətdə abunəçilərin xəbər materiallarına çıxışını təmin etmək məqsədilə alternativ xidmətlər təklif olunur.
Hadisə Avropada kiberhücumların artdığı bir dövrdə baş verib.
Fransanın kibertəhlükəsizlik qurumunun rəhbəri ölkənin görünməmiş səviyyədə kiber təhdidlərlə üzləşdiyi barədə xəbərdarlıq edib.
13:40 27.11.2026
Oxunuş sayı: 30