Rusiya Qara dənizdə yük gəmisini vurduğunu açıqlayıb
Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukrayna ordusu üçün yük daşıdığı bildirilən quru yük gəmisinə zərbə endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, Qara dəniz akvatoriyasında Ukrayna Silahlı Qüvvələrinin təchizatı üçün yüklər daşıyan gəmi hədəfə alınıb.
Rusiya tərəfi gəminin Ukrayna ordusunun ehtiyacları üçün istifadə olunduğunu iddia edib.
Zərbənin nəticələri, gəminin vəziyyəti və mümkün itkilər barədə əlavə məlumat verilməyib.
13:46 27.11.2026
Oxunuş sayı: 39