Ukraynaya yardım Vaşinqtonla Brüsseli üz-üzə qoyub
ABŞ və Avropa İttifaqı (Aİ) arasında Ukraynaya gələcək hərbi və maliyyə dəstəyi ilə bağlı fikir ayrılıqları dərinləşir.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Nəşrin mənbələrinə görə, ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirak etdiyi telefon danışığında Kiyevə ayrılan milyardlarla dolların “boş yerə xərcləndiyini” bildirib.
Tramp Ukraynaya davamlı maliyyə və hərbi yardım göstərilməsinin məqsədəuyğunluğunu şübhə altına alsa da, onun bu mövqeyi Avropa liderləri tərəfindən ciddi dəstək görməyib.
Məlumata əsasən, Vaşinqtonla Brüssel arasında fikir ayrılıqları təkcə Ukraynaya yardımla məhdudlaşmır.
Tərəflər arasında transmilli texnologiya şirkətlərinə tətbiqi nəzərdə tutulan rəqəmsal vergi ilə bağlı da ziddiyyətlər artır.
Avropa İttifaqında iri texnologiya şirkətlərinin vergiyə cəlb edilməsi imkanları müzakirə olunduğu halda, ABŞ administrasiyası bu təşəbbüsə qarşı çıxır.
13:57 27.11.2026
Oxunuş sayı: 40