ADY-nin 42 yaşlı vəzifəli şəxsi dünyasını dəyişib
“Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli şəxsi vəfat edib.
Crossmedia.az xəbər verir ki, qurumun Qəbələ stansiyasının rəisi 42 yaşlı Faiq Mustafayev dünyasını dəyişib.
Onun yaşadığı evdə qəfil ürəktutmadan öldüyü bildirilir.
Mərhum bu gün Şəmkir rayonunun Çənlibel kəndində dəfn edilib.(Qafqazinfo)
16:06 27.11.2026
Oxunuş sayı: 40