İspaniya Baş nazirindən sərt açıqlama - Tramp dünyaya nə yaxşılıq edib?
İspaniyanın Baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampı, Argentina Prezidenti Xavyer Mileyi və Braziliyanın sabiq Prezidenti Jair Bolsonaronu tənqid edib.
Crossmedia.az xəbər verir ki, İspaniyanın “El País” qəzeti bu barədə məlumat yayıb.
Sançes həmin siyasətçilərin fəaliyyətini sual altına alaraq bildirib:
“Sizdən soruşuram: Tramp kimi prezident ABŞ-yə və ya dünyaya hansı yaxşılığı gətirib? Argentinada Milei, Braziliyada isə Bolsonaro hansı müsbət dəyişikliklərə nail olublar? Onlar dəyişiklik, yoxsa geriləmə gətiriblər?”
Baş nazir sağçı və ifrat sağçı siyasi qüvvələrin seçkilərdə məğlub edilə biləcəyini də vurğulayıb.
“2023-cü ildə sağçıları və ifrat sağçıları ilk dayandıran biz olduq. Sonra Braziliya, ardınca ABŞ gəldi. 2026-cı ildə isə növbə yenidən İspaniyadadır”, – deyə o bildirib.
Sançes noyabrın 29-da İspaniyada keçiriləcək parlament seçkilərinə diqqət çəkərək sağçı qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaq üçün seçici fəallığının əhəmiyyətini vurğulayıb.
17:24 27.11.2026
Oxunuş sayı: 53