Donald Tusk: Polşada oliqarxiya yoxdur
Polşanın Baş naziri Donald Tusk ölkəsində oliqarxiyanın olmadığını və varlı şəxslərin seçkilərin nəticələrinə nəzarətsiz maliyyə ianələri vasitəsilə təsir göstərə bilmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Polşanın “Rzeczpospolita” nəşri bu barədə məlumat yayıb.
Baş nazirin sözlərinə görə, Polşada seçki kampaniyalarının maliyyələşdirilməsi şəffaf qaydalar əsasında həyata keçirilir.
“Polşada oliqarxiya yoxdur. Bunun səbəblərindən biri varlı şəxslərin nəzarətsiz ianələrlə seçkilərin nəticələrinə cəzasız şəkildə təsir göstərə bilməməsidir”, – deyə Tusk vurğulayıb.
O bildirib ki, ölkədə seçki kampaniyalarına edilən ianələr rəsmi qeydiyyata alınır və ictimaiyyət üçün açıqdır.
Tusk Polşanın siyasi maliyyələşdirmə sistemini ABŞ ilə müqayisə edərək ölkəsində ianələrə məhdudiyyətlərin tətbiq olunduğunu qeyd edib.
Baş nazir bu mexanizmin böyük kapital sahiblərinin siyasi proseslərə təsirini məhdudlaşdırmaq baxımından əhəmiyyətli olduğunu bildirib.
17:13 27.11.2026
Oxunuş sayı: 39