Fransalı siyasətçi:Rusiya ilə müharibə aparmaq absurddur
Fransada 2027-ci il prezident seçkilərinə namizəd Jan-Lük Melanşon Rusiya ilə müharibəyə getməyin mənasız olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir .
Siyasətçi Fransanın nüvə çəkindirmə doktrinasına toxunaraq Avropada hərbi münaqişənin qarşısının alınmasının vacibliyini vurğulayıb.
“Fransanın nüvə çəkindirmə doktrinası o deməkdir ki, biz Avropa ərazisində, o cümlədən Baltikyanı ölkələrdə və onlardan kənarda münaqişəni heç vaxt qəbul etməyəcəyik”, – deyə o bildirib.
Melanşon Avropada silahlanmanın artmasından narahatlığını da ifadə edib.
“Buna görə də ətrafımızda silahlananlardan haqlı olaraq narahat olmalıyıq. Çünki Rusiya ilə müharibəyə getmək absurddur”, – deyə siyasətçi əlavə edib.
17:05 27.11.2026
Oxunuş sayı: 33