Zelenski: Rusiya müharibəyə son qoymalı, sülhü seçməlidir
"Ukrayna Rusiyanın hər bir zərbəsinə tamamilə ədalətli şəkildə cavab verir. Bu cavabların dəqiqliyinə görə Ukrayna Müdafiə Qüvvələrinə təşəkkür edirəm".
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X"də paylaşım edib.
"Təkcə bu həftə ərzində Samara, Nijni Novqorod, Krasnodar, Rostov, Volqoqrad, Stavropol, Bryansk, Perm və Tula vilayətlərində, eləcə də Başqırdıstan və Tatarıstanda, həmçinin Qara dənizdə müəyyən nəticələr əldə etmişik", - o bildirib.
Zelenski əlavə edib ki, Rusiyanın neft obyektləri, partlayıcı maddələrin istehsalı ilə məşğul olan müəssisələri və müharibə səylərinə xidmət edən digər obyektləri, hərbi aerodromları və təyyarələri – uzaqmənzilli zərbələrimiz bütün bu hədəflərə çatıb: "Təcavüzkara qarşı “kinetik sanksiyalarımızı” həyata keçirən Ukraynanın bütün Müdafiə və Təhlükəsizlik Qüvvələrinə təşəkkür edirəm.
Rusiyaya gərginliyin azaldılması və müharibənin başa çatdırılması üçün dəfələrlə müxtəlif imkanlar təklif olunub. Lakin Rusiya yenə də müharibə yolunu seçib. Rusiya müharibəyə son qoymalı, sülhü seçməlidir.
Ukraynanın yanında olan hər kəsə təşəkkür edirəm!".
Ukraine responds to every Russian strike absolutely justly. And I thank our Defense Forces of Ukraine for the accuracy of these responses. This week alone, we have achieved results in the Samara, Nizhny Novgorod, Krasnodar, Rostov, Volgograd, Stavropol, Bryansk, Perm, and Tula regions, as well as in Bashkortostan and Tatarstan, and in the Black Sea. Russian oil facilities, enterprises involved in explosives production, and other facilities serving the war effort, military airfields, and aircraft – our long-range strikes reached them all. I thank all branches of Ukraine’s Defense and Security Forces that are imposing our kinetic sanctions on the aggressor. Russia has been offered numerous options for de-escalation and ending this war, yet it has chosen war anyway. Russia must end its war – it must choose peace. Thank you to everyone who stands with Ukraine!
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) November 27, 2026
18:43 27.11.2026
Oxunuş sayı: 31