Ukrayna neytral sularda yeni əməliyyatlara hazırlaşır?
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Xarici İşlər Nazirliyi və xüsusi xidmət orqanlarının nümayəndələri ilə neytral sularda həyata keçirilə biləcək əməliyyatları müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Gazeta.press" məlumat yayıb.
Zelenski Telegram kanalında paylaşdığı açıqlamada tərəfdaşlarla zəruri əməliyyatların əlaqələndirilməsi üçün əlavə tədbirlərin müzakirə olunduğunu bildirib.
Ukrayna lideri konkret olaraq hansı əməliyyatların nəzərdə tutulduğunu açıqlamayıb.
Qeyd edək ki, noyabrın 21-də Baltik dənizində Rusiyaya məxsus “Sparta II” quru yük gəmisinə hücum edildiyi bildirilmişdi. Noyabrın 22-də isə Ukraynanın Liviya limanının Benqazi şəhərində Rusiya gəmilərinə zərbələr endirdiyi barədə məlumat yayılmışdı.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna münaqişəsinin Baltik dənizi regionuna yayılması təhlükəsi barədə xəbərdarlıq etmişdi.
Kremlin sözçüsü Dmitri Peskov da Baltik regionunda hərbi əməliyyatların aparılmasını təhlükəli tendensiya adlandırmışdı.
21:46 27.11.2026
Oxunuş sayı: 53