İranlı aktrisa ölkəsinə qayıtmaqdan qorxur – Məhkəmədən yeni qərar
Yetkinlər üçün nəzərdə tutulan filmlərdə rol aldığına görə İrana qayıdacağı təqdirdə ağır cəza ilə üzləşəcəyindən ehtiyat edən iranlı qadın Böyük Britaniyada sığınacaq müraciətinə yenidən baxılması hüququ qazanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “SonDakika” nəşri məlumat yayıb.
Məhkəmədə kimliyi açıqlanmayan və “RN” adı ilə təqdim edilən qadın 2016–2017-ci illərdə maddi çətinliklər səbəbindən 20-30 yetkin filmində gizli şəkildə rol aldığını bildirib.
Onun sözlərinə görə, çəkilişlərin məhdud auditoriyaya çatacağı vəd edilsə də, görüntülər sonradan geniş yayıılıb. Qadın bunun İran hakimiyyətinin diqqətini cəlb etdiyini və ölkəsinə qayıdacağı təqdirdə təqib olunmaq təhlükəsi ilə üzləşəcəyini iddia edib.
Qadın 2022-ci ilin avqustunda Böyük Britaniyaya səfəri zamanı İrandakı tanışından polis orqanlarının yetkin filmlərdə iştirak edən şəxslərə qarşı tədbirlər gördüyü barədə xəbər aldığını söyləyib. Həmçinin onun evinə rəsmi məhkəmə çağırışının çatdırılmasına cəhd edildiyini iddia edib.
Bundan sonra o, Britaniya Daxili İşlər Nazirliyinə sığınacaq üçün müraciət edib.
İlk instansiya məhkəməsi qadının ifadələrini inandırıcı hesab etməyərək müraciətini rədd edib. Lakin yuxarı instansiya hakimi Conatan Perkins əvvəlki qərarı tənqid edərək, insanların böyük riskləri heç vaxt könüllü qəbul etmədiyi barədə yanaşmanın əsassız olduğunu bildirib.
Nəticədə qadının müraciətinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılıb.
Beləliklə, iranlı qadın hələlik Britaniyada qalmaq və sığınacaq tələbinin yenidən qiymətləndirilməsi üçün hüquqi mübarizəsini davam etdirə biləcək.
Qeyd edək ki, məhkəmənin son qərarı qadına avtomatik olaraq sığınacaq statusu verilməsi demək deyil. Sadəcə, onun müraciətinə yenidən baxılması nəzərdə tutulur.
23:14 27.11.2026
Oxunuş sayı: 44