Ərdoğan sabah Yunanıstan prezidenti ilə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 28-də Yunanıstan Prezidenti Konstantinos Tasulasla İstanbulda görüşəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.
Onun sözlərinə görə, iki ölkə liderinin görüşü İstanbulda keçiriləcək. Yunanıstan prezidentinin Türkiyəyə səfəri noyabrın 28–30-u tarixlərini əhatə edəcək.
Qeyd edək ki, bu, Konstantinos Tasulasın 2025-ci ilin martında vəzifəyə başlamasından sonra Ərdoğanla keçirəcəyi ilk rəsmi ikitərəfli görüş olacaq. Liderlər sonuncu dəfə 2025-ci il mayın 16-da Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində qısa söhbət ediblər.
Tasulasın səfəri Fənər Rum Patriarxı I Varfolomeyin dəvəti ilə baş tutacaq. O, noyabrın 30-da Müqəddəs Andreya bayramı münasibətilə İstanbulun Fənər bölgəsindəki Aya Yorgi kilsəsində keçiriləcək mərasimdə iştirak edəcək.
Səfər çərçivəsində Yunanıstan prezidentinin İstanbulda yaşayan yunan icmasının nümayəndələri ilə də görüşməsi nəzərdə tutulur.
22:50 27.11.2026
Oxunuş sayı: 43