Həzm sisteminin sağlamlığı üçün sadə “4-12” qaydası təklif olunub
Həkim Sara Marin Berbell həzm sisteminin sağlamlığını qorumaq və qarında şişkinliyi azaltmaq üçün “4-12” qaydasına əməl etməyi tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, “El Confidencial” nəşri həkimin tövsiyəsini dərc edib.
Berbellin sözlərinə görə, bu qayda əsas yeməklər arasında dörd saat fasilə verməyi, gecə isə həzm sisteminə 12 saatlıq istirahət imkanı yaratmağı nəzərdə tutur.
Həkim izah edib ki, məsələn, insan axşam saat 21:00-da şam edirsə, səhər yeməyini saat 09:00-da planlaşdırmalıdır.
22:15 09.10.2026
Oxunuş sayı: 55