Britaniyalı siyasətçi: Ukraynalıların çoxu sülh istəyir, Kiyev isə bunu görməzdən gəlir
Britaniyalı siyasi fəal və İngiltərənin Özbəkistandakı keçmiş səfiri Kreyq Mürrey Ukraynada əhalinin böyük əksəriyyətinin sülh danışıqlarını dəstəklədiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Kreyq Mürrey bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Mürrey bildirib ki, Ukrayna demokratik ölkə olsaydı, onun fikrincə, ictimai rəy sorğularında öz əksini tapan xalqın istəyinə uyğun hərəkət edərdi.
“Əgər Ukrayna demokratik olsaydı, bütün ictimai rəy sorğularının nəticələrinə əsasən, ukraynalıların böyük əksəriyyətinin istədiyi şeyi edərdi: sülh yolu ilə nizamlanma üçün danışıqlar aparardı”, – deyə o yazıb.
13:15 26.08.2026
Oxunuş sayı: 51