Səudiyyə Ərəbistanı Yəmənə zərbələr endirib
Yəməndə husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumundan sonra Ər-Riyad Yəmənə qarşı hava əməliyyatlarına başlayıb. Qarşılıqlı hücumlar bölgədə gərginliyi daha da artırıb.
Crossmedia.az xəbər verir ki, husilərin hava limanına hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.
Səudiyyə Ərəbistanının cavab zərbələrindən sonra Yəmənin paytaxtı Səna başda olmaqla bir sıra ərazilərdə partlayışlar baş verib. Bəzi bölgələrdə insan tələfatı barədə məlumatlar yayılıb.
Sənada ölən və yaralananların dəqiq sayı hələlik açıqlanmayıb. Tərəflərin qarşılıqlı hücumları regionda hərbi qarşıdurmanın daha da genişlənməsi ilə bağlı narahatlıqları artırıb.
17:09 11.10.2026
Oxunuş sayı: 53