Culfada 13 kənddə işıq olmayacaq
Oktyabrın 12-də Culfa rayonunun 13 kəndində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib.
Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasından çıxan 3, 4 və 5 nömrəli 10 kV-luq hava elektrik xətlərində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 12:00-dan 15:00-dək Saltaq, Göydərə, Gal, Şurut, Xoşkeşin, Əlincə, Xanəgah, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ və Boyəhməd kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan kəndlərin abonentlərinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi nəzərdə tutulur.(Report)
17:54 11.10.2026
Oxunuş sayı: 69