Gəncədə ata oğlunu bıçaqladı
Gəncə şəhərində bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Röyal Həsənov kəsici alətlə alınan xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Hadisəni törətməkdə Röyal Həsənovun atası şübhəli bilinir. (Report)
23:14 11.10.2026
Oxunuş sayı: 53