NATO təyyarəsi Qara dəniz üzərində uçub
ABŞ-də qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi Qara dəniz üzərində yeddi saatdan çox uçuş həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Məlumata görə, “Bombardier ARTEMIS II” təyyarəsi təxminən 10,5 kilometr yüksəklikdə uçub. Təyyarə heç bir ölkənin hava məkanına daxil olmayıb və mülki aviasiya üçün müəyyən edilmiş hava dəhlizlərindən istifadə etməyib.
20:09 11.10.2026
Oxunuş sayı: 69