Kür” klubu Avropa Kubokunda növbəti mərhələyə adlayıb
Qadın həndbolçulardan ibarət “Kür” komandası EHF Avropa Kubokunun ikinci təsnifat mərhələsində Kiprin APOEL klubunu məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən cavab qarşılaşmasında təmsilçimiz rəqibini 39:13 hesabı ilə məğlub edib.
Xatırladaq ki, oktyabrın 10-da baş tutan ilk görüşdə də “Kür” klubu APOEL üzərində 40:18 hesablı qələbə qazanmışdı. Beləliklə, iki oyunun nəticəsinə əsasən rəqibindən böyük üstünlüklə ayrılan Mingəçevir təmsilçisi mübarizəni növbəti mərhələdə davam etdirəcək.
Komandanın növbəti rəqibi püşkatmadan sonra müəyyənləşəcək.
20:52 11.10.2026
Oxunuş sayı: 59