Netanyahu İranla bağlı təcili təhlükəsizlik müşavirəsi keçirdi
İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə ölkənin Müdafiə Nazirliyinin kompleksində təhlükəsizlik məsələlərinə dair müşavirə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri mənbəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, toplantının əsas müzakirə mövzuları İran, Qəzza zolağı və Livandakı vəziyyətdir. Müşavirədə İsrailin müdafiə naziri İsrael Kats və təhlükəsizlik qurumlarının yüksəkvəzifəli nümayəndələri iştirak edirlər.
Məlumata görə, toplantı husilərin Səudiyyə Ərəbistanına hücumları və ABŞ ilə İran arasında mümkün hərbi eskalasiya ilə bağlı narahatlıqların artdığı bir vaxtda keçirilir.
Qeyd edək ki, İran daha əvvəl ABŞ-nin mümkün hərbi zərbəsinə genişmiqyaslı cavab verməyə hazır olduğunu bəyan edib. İranlı yüksəkvəzifəli mənbənin sözlərinə görə, Tehran cavab tədbirləri zamanı yeni hərbi texnologiyalarını nümayiş etdirə və əməliyyatların coğrafiyasını genişləndirə bilər.
Məlumata görə, müşavirə regionda təhlükəsizlik risklərinin artdığı bir vaxtda təşkil olunub.
23:52 11.10.2026
Oxunuş sayı: 56