Azərbaycan əhəng daşı istehsalını 35 % artırıb
Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında 329 min ton inşaat üçün əhəng daşı istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 % çoxdur.
Crossmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsi bu barədə məlumat yayıb.
Noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 0,8 min ton hazır məhsul ehtiyatı olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda 309 min ton inşaat üçün əhəng daşı istehsal edilib. Bu göstərici 2024-cü illə müqayisədə 59 % azdır.
17:32 28.11.2026
Oxunuş sayı: 62