Fərid Qayıbov Misir nümayəndə heyətini qəbul edib
Azərbaycan və Misir arasında gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Nazir Fərid Qayıbov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib.
Doktor Mahmud Abdeləziz Abdalla Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə qarşılıqlı təcrübə mübadiləsi, idman sahəsində birgə təşəbbüslər və gənclər siyasəti üzrə əlaqələrin gücləndirilməsi müzakirə olunub.
Tərəflər Azərbaycanla Misir arasında imzalanmış Anlaşma Memorandumunun praktiki icrası və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
15:07 28.11.2026
Oxunuş sayı: 45