Zelenskidən ABŞ-yə çağırış: Ukraynada hərbi bazalar yaradın
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ölkəsində hərbi bazalar yerləşdirməsinə tərəfdar olduğunu bildirib və Vaşinqtonun bu məsələdəki ehtiyatlı mövqeyini sual altına alıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ukrayna liderinin sözlərinə görə, ABŞ rəsmiləri hərbi bazaların Ukraynada yerləşdirilməsinin NATO ilə bağlı məsələlərə toxunduğunu bildiriblər.
“Amerikalılar bizə dedilər ki, hərbi bazaların orada yerləşdirilməsinin mümkünlüyünə əmin deyillər. Çünki bu, NATO ilə bağlı məsələdir”, – deyə Zelenski bildirib.
O, ABŞ-nin Yaxın Şərqdə NATO üzvü olmayan ölkələrdə də hərbi bazalarının, “Patriot” hava hücumundan müdafiə sistemlərinin və hərbi qulluqçularının olduğunu xatırladıb.
“Mən əmin deyiləm ki, amerikalılar həmin bazaları qurarkən iranlılardan icazə alıblar, ya yox”, – deyə Ukrayna Prezidenti qeyd edib.
Zelenski vurğulayıb ki, Ukraynada Amerika hərbi bazalarının yaradılması məsələsi ABŞ-nin siyasi iradəsindən asılıdır.
Onun fikrincə, belə bir addım Ukraynanın təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm rol oynaya bilər.
12:44 28.11.2026
Oxunuş sayı: 46