Azərbaycanda bir gündə 107 nəfər saxlanılıb
Azərbaycanda noyabrın 27-də polis tərəfindən axtarışda olan 107 nəfər saxlanılıb, 57 cinayətin açılması təmin edilib.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, gün ərzində qeydə alınan 51, əvvəlki dövrlərdən açılmamış qalan isə 6 cinayətin üstü açılıb.
Axtarışda olan 107 nəfərdən 81-i borclu şəxs qismində axtarılıb. Saxlanılan şəxslər aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı 6 fakt müəyyən olunub.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər də saxlanılıb.
10:27 28.11.2026
Oxunuş sayı: 74