Bərdədə ər-arvad dəm qazından zəhərlənib – Ölən var
Bərdədə ər-arvad dəm qazından zəhərlənib.
Crossmedia.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Kənan İmaməli oğlu İmaməliyev və arvadı 2008-ci il təvəllüdlü Pərvanə Arzuman qızı Hüseynova yaşadıqları Əliyanlı kəndindəki evdə dəm qazından zəhərlənib.
Xəstəxanaya yerləşdirilmiş P.Hüseynova ölüb, K.İmaməliyevin vəziyyəti orta-ağırdır.
Araşdırma aparılır.(Report)
10:49 28.11.2026
Oxunuş sayı: 73