Bakıda çayxanada qanlı dava – Ata və oğlu yaralanıb
Bakıda ata və oğluna xəsarət yetirən şəxs saxlanılıb.
Crossmedia.az xəbər verir ki, hadisə noyabrın 28-də gecə saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çayxanada baş verib. U.Əhmədov şəxsi münasibətlər zəminində T.Məmmədova kəsici alətlə xəsarət yetirib. Bu zaman mübahisənin qarşısını almaq istəyən zərərçəkənin atası F.Məmmədov da yaralanıb.
Polis tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən U.Əhmədov tutularaq istintaqa təhvil verilib.(Oxu.az)
11:21 28.11.2026
Oxunuş sayı: 54