“Bitcoin” 60 min dollardan aşağı düşüb
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətinin qiymətində azalma müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 3,28% azalaraq 59 665,47 ABŞ dollarına enib.
“Ethereum”un qiyməti 4,87% azalaraq 1 653,98 dollara, BNB-nin qiyməti 2,68% azalaraq 551,13 dollara düşüb. “XRP” 2,39% ucuzlaşaraq 0,9453 dollara, “Solana” da 2,44% azalaraq 71,20 dollara enib.
Ən kəskin azalma “Monero”da qeydə alınıb. Belə ki, bu kriptovalyutanın qiyməti son sutkada 9,76% azalaraq 419,28 dollar təşkil edib. “Hyperliquid”in qiyməti 62,85 dollara, “Zcash”ın qiyməti 735,81 dollara düşüb.
Digər kriptovalyutalardan “Dogecoin” 2,12% ucuzlaşaraq 0,05678 dollara, “TRON” 2,14% azalaraq 0,2988 dollara enib. “Tether”in qiyməti isə 0,04% artaraq 0,9989 dollar olub.
Həftəlik göstəricilərə gəlincə, son 7 gündə "Bitcoin" 7,13%, “Dogecoin” 10,57%, “Solana” 8,79%, “XRP” 8,67%, BNB 8,35%, “Ethereum” isə 6,09% bahalaşıb. “Monero”nun qiymətində isə həftə ərzində 2,04% azalma qeydə alınıb.
10:30 28.11.2026
Oxunuş sayı: 335