28 noyabrda bürcləri nə gözləyir? – GÜNLÜK PROQNOZ
28 noyabr tarixində ulduzların mövqeyi və planetlərin qarşılıqlı təsiri
bürclərin gündəlik həyatında müxtəlif dəyişikliklərə səbəb ola bilər. Gün
ərzində bəzi bürclər üçün iş və karyera məsələləri, digərləri üçün isə şəxsi
münasibətlər, ailə həyatı və maliyyə məsələləri ön plana çıxacaq. Bəzi bürclər
yeni qərarlar qəbul etmək və yarımçıq qalan işləri tamamlamaq üçün əlverişli
imkanlarla qarşılaşa, digərləri isə ünsiyyətdə və gündəlik fəaliyyətlərində
daha diqqətli davranmalı ola bilərlər.
Bəs bu gün bürcləri nə gözləyir?
Astroloq Sabirə Cəfər Crossmedia.az-a açıqlamasında bildirib ki, bu gün səma kifayət qədər maraqlı və ziddiyyətli enerjilər daşıyır:

“Saat 09:42-dən 15:21-dək Ay boşluqda olacaq. Bu müddətdə yeni başlanğıclardan uzaq durmaqda fayda var. Ay Bakı vaxtı ilə saat 15:21-də Şir bürcünə keçəcək.
Astroloji gündəmin yüksələn bürclərə təsiri belə olacaq:
Yüksələn Qoç
Yüksələn Qoç bürcündə olanlar üçün sevgi, romantika və yaradıcılıq
baxımından diqqətçəkən gündür. Gözlənilməz tanışlıq, romantik etiraf və ya
övladlarla bağlı sevindirici xəbər mümkündür. Hobbilərə və şəxsi arzulara vaxt
ayırmaq məsləhətdir.
Yüksələn Buğa
Yüksələn Buğa bürcündə olanların gündəmində ev, ailə və daşınmaz əmlak
məsələləri olacaq. Ailə daxilində xoş söhbət və ya evlə bağlı yeni fürsət
yarana bilər. Lakin şəxsi həyatla karyera planları arasında seçim etmək
məcburiyyətində qala bilərlər.
Yüksələn Əkizlər
Yüksələn Əkizlər bürcündə olanlar üçün ünsiyyət, görüşlər, danışıqlar və
yeni məlumatlar baxımından aktiv gündür. Gözlənilməz xəbər və ya səfər planı
yarana bilər. Yaxın ətrafdan biri ilə mühüm söhbət etmək mümkündür. Bu səbəbdən
sözlərə diqqət yetirmək lazımdır.
Yüksələn Xərçəng
Yüksələn Xərçəng bürcündə olanların diqqət mərkəzində maliyyə məsələləri,
gəlirlər və şəxsi resurslar dayanacaq. Gözlənilməz qazanc və ya maddi fürsət
yarana bilər. Öz dəyərlərini daha yaxşı anlamaq və gəlirləri artırmaq üçün yeni
yollar düşünə bilərlər.
Yüksələn Şir
Ayın Şir bürcünə keçməsi ilə yüksələn Şirlər diqqət mərkəzinə gələcəklər.
Xarici görünüşdə dəyişiklik etmək, yeni başlanğıclara imza atmaq və şəxsi
təşəbbüsləri həyata keçirmək üçün motivasiya arta bilər. Münasibətlərdə isə
gözlənilməz reaksiyalar mümkündür.
Yüksələn Qız
Yüksələn Qız bürcündə olanlar bir qədər geri çəkilmək, istirahət etmək və
yarımçıq qalan məsələləri tamamlamaq istəyəcəklər. Gizli qalan məlumatlar üzə
çıxa bilər. İntuisiyaları güclənəcək. Fiziki və emosional baxımdan özlərini
yormamağa çalışmalıdırlar.
Yüksələn Tərəzi
Yüksələn Tərəzi bürcündə olanlar üçün sosial əlaqələr, dostluqlar və gələcək
planlar baxımından şanslı gündür. Dostlardan dəstək almaq, yeni tanışlıqlar
qurmaq və kollektiv layihələrdən fayda görmək mümkündür. Romantik
münasibətlərdə də xoş sürprizlər yaşana bilər.
Yüksələn Əqrəb
Yüksələn Əqrəb bürcündə olanların gündəmində karyera, nüfuz və ictimai mövqe
ilə bağlı məsələlər ön plana çıxacaq. Rəhbərlikdən dəstək və ya peşəkar
fəaliyyətlə bağlı yeni fürsət əldə edə bilərlər. Ailə və iş həyatında qəfil
dəyişikliklərə hazır olmaq lazımdır.
Yüksələn Oxatan
Yüksələn Oxatan bürcündə olanlar üçün yeni biliklər, təhsil, xarici ölkələr,
hüquqi məsələlər və səyahətlər gündəmə gələcək. Dünyagörüşünü dəyişdirəcək
xəbər və ya yeni tanışlıq mümkündür. Yeni perspektivlərə açıq olmaq
məsləhətdir.
Yüksələn Oğlaq
Yüksələn Oğlaq bürcündə olanların diqqəti ortaq maliyyə, kredit, borc, vergi
və investisiya məsələlərinə yönələcək. Partnyorun maddi imkanlarında dəyişiklik
ola bilər. Emosional münasibətlərdə dərin söhbətlər və gözlənilməz açıqlamalar
mümkündür.
Yüksələn Dolça
Yüksələn Dolça bürcündə olanlar üçün evlilik, tərəfdaşlıq və ikili
münasibətlər diqqət mərkəzində olacaq. Münasibətlərdə yeni qərarlar, barışıq və
ya gözlənilməz tanışlıq mümkündür. Qarşı tərəfin sərbəstlik ehtiyacına hörmət
etmək vacibdir.
Yüksələn Balıqlar
Yüksələn Balıqların gündəmində iş rejimi, gündəlik məsuliyyətlər və
sağlamlıqla bağlı məsələlər olacaq. İş mühitində yeni imkanlar yarana bilər.
Gündəlik planlarda gözlənilməz dəyişikliklər mümkündür. Özlərinə daha çox
diqqət ayırmaları məsləhətdir.
Günün astroloji qeydi
Münasibətlərdə, maliyyə və sosial əlaqələrdə imkanlar genişlənə bilər. Ancaq
tələsik verilən qərarlar gözlənilməz nəticələrə səbəb ola bilər. Fürsətləri
dəyərləndirməklə yanaşı, riskləri də nəzərə almaq vacibdir”.
Məhəbbət Tərlanoğlu
11:22 28.11.2026
Oxunuş sayı: 343