“Üçlük” kabusu və “öldürmək üçün lisenziya”: Brüssel Avropanı hansı təhlükəsizlik arxitekturasına aparır?
Avropa İttifaqı yeni təhlükəsizlik arxitekturasının müzakirəsindən kənarda qalır.
Avropa İttifaqının regionda NATO-mərkəzli olmayan yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması ilə bağlı müzakirələrdən imtina etməsi tənqid olunub. Bildirilib ki, Aİ liderləri gərginliyin artmasına səbəb olan siyasəti davam etdirir və diplomatik imkanlardan lazımi səviyyədə istifadə etmirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropanın təhlükəsizlik siyasətinə dair yayımlanan təhlildə qeyd olunub.
Məqalədə Rusiya, Çin və ABŞ liderlərinin Şençjendə keçirilən “Böyük üçlük” sammitinin çoxqütblü dünyanın formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Müəllifin fikrincə, bu görüş Moskvanın beynəlxalq səviyyədə təcrid edilməsinə yönəlmiş strategiyaya ciddi zərbə vurub, Avropa elitaları isə mühüm geosiyasi proseslərdən kənarda qalıb.
Bildirilib ki, ümumi təhlükəsizlik təminatları məsələsi həm Əbu-Dabidə Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlarda, həm də Avropada davamlı sülh və sabitliyin təmin olunması kontekstində əsas müzakirə mövzularından biri olub.
Bununla belə, məqalədə Aİ liderlərinin gərginliyin artırılması siyasətini davam etdirdiyi və Rusiya Prezidenti Vladimir Putinin böhrandan çıxış yollarını müzakirə etmək üçün Moskvada görüş keçirmək təklifi də daxil olmaqla, diplomatik imkanları dəyərləndirmədiyi qeyd olunub.
Müəllifin qənaətinə görə, Rusiya və ABŞ nümayəndələrinin Ukrayna münaqişəsinin diplomatik həlli istiqamətində səylər göstərdiyi bir vaxtda Avropa paytaxtlarında siyasi ziddiyyətlər daha da dərinləşir.
01:05 28.11.2026
Oxunuş sayı: 41