Azərbaycan şahmatçıları Türk Şahmat Assosiasiyasının çempionatında iki qızıl medal qazanıblar
Qazaxıstanın Türküstan şəhərində Türk Şahmat Assosiasiyasının çempionatı başa çatıb. Azərbaycan şahmatçıları həm kişilərin, həm də qadınların yarışında qızıl medal qazanıb.
Bu barədə Crossmedia.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Kişilərin mübarizəsində 14-cü turda təmsilçimiz Nicat Abasov Qırğızıstan şahmatçısı Ediyar Orozbayevlə heç-heçə oynayıb. 14 turdan sonra 9 xal toplayan Nicat Abasov bütün rəqiblərini qabaqlayaraq qalib olub.
Qadınların çempionatının son turunda isə Gövhər Beydullayeva Qazaxıstan şahmatçısı Zarina Nurgaliyeva ilə xalı yarı bölüb. Yekunda 10 xalı olan Gövhər Beydullayeva birinci yeri tutub.
Beləliklə, Azərbaycan təmsilçiləri həm kişilərin, həm də qadınların yarışında çempion olub. Qaliblərin şərəfinə çempionatın bağlanış mərasimində iki dəfə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
09:26 28.11.2026
Oxunuş sayı: 92