Trampın nazirləri hərbi bazalara köçür – ABŞ-də rekord göstərici
ABŞ Prezidenti Donald Trampın administrasiyasının təxminən altı yüksək vəzifəli nümayəndəsi təhlükəsizlik təhdidləri səbəbindən Vaşinqton ətrafındakı mühafizə olunan hərbi obyektlərdə yaşamağa başlayıb.
Crossmedia.az xəbər verir ki, CNN telekanalı bu barədə məlumat yayıb.
Bildirilib ki, rəsmilərin belə obyektlərdə məskunlaşmasına xaricdən gələn təhdidlər və ölkə daxilində siyasi zorakılıqla bağlı narahatlıqlar səbəb olub.
Hərbi bazalarda yaşayan şəxslər arasında ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, maliyyə naziri Skott Bessent, baş prokuror Todd Blanş və Ağ Evin aparat rəhbəri Stiven Miller də var.
Məlumata görə, bu, ABŞ tarixində mülki hökumət rəsmilərinin hərbi obyektlərdə məskunlaşması baxımından rekord səviyyə hesab olunur.
CNN qeyd edir ki, Trampın sələflərinin prezidentliyi dövründə yüksək vəzifəli mülki şəxslərin hərbi bazalarda yaşaması nadir hallarda müşahidə edilirdi.
Rəsmilərin bir qisminin köçürülməsi İranla əlaqələndirilən təhlükəsizlik təhdidləri, digərlərinin isə şəxsi ünvanlarına yönəlmiş hədə-qorxu və təqib halları ilə izah olunur.
10:36 28.11.2026
Oxunuş sayı: 83