Azərbaycanın 15 yaşlı şahmatçısı dünya çempionatında gümüş medal qazanıb
Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək gənclər arasında şahmat üzrə dünya çempionatına yekun vurulub.
Bu barədə Crossmedia.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Son turda təmsilçimiz Xaqan Əhməd Paraqvay şahmatçısı Xuan Sebastian Melianla heç-heçə edib. 11 turdan sonra 8,5 xal toplayan 15 yaşlı Xaqan Əhməd dünya çempionatında gümüş medala layiq görülüb.
Qeyd edək ki, Xaqan Əhməd yarışın qalibi Hindistan şahmatçısı Ethan Vazdan yarım xal geri qalıb.
10:55 28.11.2026
Oxunuş sayı: 57