Kristin Laqardın yerinə kim gələcək?
İspaniyanın keçmiş Mərkəzi Bank rəhbəri Pablo Ernandes de Kos Avropa Mərkəzi Bankının (AMB) növbəti prezidenti vəzifəsinə namizəd göstərilib. O, təsdiqlənəcəyi təqdirdə Kristin Laqardı əvəz edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının məlumatında bildirilib.
Pablo Ernandes de Kos 2018–2024-cü illərdə İspaniya Mərkəzi Bankına rəhbərlik edib. Hazırda isə Beynəlxalq Hesablaşmalar Bankının baş meneceri vəzifəsində çalışır.
Məlumata görə, Kristin Laqardın 2027-ci il fevralın 7-də vəzifəsindən ayrılması gözlənilir. Yeni namizədin səlahiyyət müddəti səkkiz il olacaq və yenilənməyəcək.
Namizədliklə bağlı Avropa Parlamenti və Avropa Mərkəzi Bankının İdarəetmə Şurasının rəyi alınmalıdır. Bundan sonra təyinatla bağlı yekun qərar veriləcək.
Qeyd edək ki, Avropa Mərkəzi Bankının rəhbəri avrozonanın pul-kredit siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayır.
06:10 28.11.2026
Oxunuş sayı: 44