Ər-Riyadın gizli raket arsenalı üzə çıxır?
Yəmənin Əl-Cəvf vilayətində Çin istehsalı olan DF-15A ballistik raketinə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə açıq mənbələrdə yayılan görüntüləri araşdıran hərbi analitiklər məlumat veriblər.
Ekspertlərin fikrincə, raket Səudiyyə Ərəbistanı tərəfindən buraxılmış ola bilər. Bu ehtimal təsdiqlənərsə, hadisə Ər-Riyadın sözügedən raketdən istifadə etdiyi ikinci məlum hal kimi qiymətləndiriləcək.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanı indiyədək DF-15A ballistik raketlərinə sahib olduğunu rəsmi şəkildə etiraf etməyib.
2026-cı ilin sentyabrında da Yəmənin Marib vilayətində eyni tip raketin qalıqlarına bənzər hissələr aşkar edilmişdi. Həmin vaxt hərbi mütəxəssislər raketin Səudiyyə Ərəbistanına məxsus ola biləcəyini bildirmişdilər.
DF-15A Çin istehsalı olan, qısa mənzilli ballistik raketlər ailəsinə daxildir.
Hazırda son raketin kim tərəfindən buraxıldığı və hansı hədəfə yönəldildiyi barədə rəsmi təsdiq yoxdur.
13:38 28.11.2026
Oxunuş sayı: 52