Volkswagen 1,2 milyard dollarlıq vergi mübahisəsində rəqiblərini nümunə göstərdi
Volkswagen Hindistanda 1,2 milyard dollarlıq vergi mübahisəsində Mercedes-Benz, BMW və Kia şirkətlərinin də eyni idxal modelindən istifadə etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Volkswagen Hindistan məhkəməsinə təqdim etdiyi sənəddə digər avtomobil istehsalçılarının da komponentləri aşağı gömrük rüsumu ilə idxal etdiyini və şirkətin haqsız şəkildə hədəf seçildiyini iddia edib. Şirkət bu arqumentlə ona qarşı irəli sürülən 1,2 milyard dollarlıq vergi tələbinə etiraz edir.
14:23 28.11.2026
Oxunuş sayı: 45