Zelenski: NATO bizim ordumuza arxalana bilər
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinin Ukraynanın hərbi gücünün əhəmiyyətini anladığını və bu səbəbdən ölkəsinin NATO-ya üzvlüyünü dəstəklədiyini bildirib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bir çox avropalı Ukraynaya ehtiyac duyduğunu başa düşüb. Çünki Ukrayna güclüdür”, – deyə dövlət başçısı vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın NATO-ya qoşulması alyansın hərbi imkanlarını da gücləndirə bilər.
“Ukrayna NATO-da olarsa, onlar bizim əsgərlərimizə, ordumuza, xalqımıza və mənə arxalana bilərlər. Buna görə də bizi NATO-da görmək istəyirlər”, – deyə Prezident bildirib.
Ukrayna lideri ölkəsinin hərbi potensialını Avropanın kollektiv təhlükəsizliyi üçün mühüm amil kimi qiymətləndirib.
14:08 28.11.2026
Oxunuş sayı: 46